IQNA

Məşhur Quran qarisi məsciddə Azan dedi və öldü

0:16 - December 18, 2017
Xəbər sayı: 3482522
Şeyx Şaban Əl-Cündi (Misirin “Bəni-Yusif” əyalətinin məşhur Quran qarisi) bu əyalətin şimal məscidlərindən birində Azan dedi və ruhunu Haqqa təslim etdi.

Məşhur Quran qarisi məsciddə Azan dedi və öldüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şeyx Şaban Əl-Cündi (Misirin “Bəni-Yusif” əyalətinin məşhur Quran qarisi) bu əyalətin şimal məscidlərindən birində Azan dedi və ruhunu Haqqa təslim etdi.

Misirin “Sovtul-Ümmət” xəbər agentliyinin informasiya portalının yaydığı məlumatda deyilir ki, Şeyx Hüseyn əs-Süvəyfi (Misirin “Bəni-Yusif” əyalətinin mübtəhili (ibtihal, münacat) və qarilər birliyinin məsulu) bu barədə dedi: Şeyx Şaban Əl-Cündi ki, Misirin “Bəni-Yusif” əyalətinin məşhur Quran qarilərindən biri idi, bu əyalətin şimal məscidlərindən birində Azan dedikdən sonra fani dünya ilə vidalaşıb.

Şeyx Hüseyn əs-Süvəyfi (Misirin “Bəni-Yusif” əyalətinin mübtəhili (ibtihal, münacat) və qarilər birliyinin məsulu) əlavə etdi: Şeyx Şaban Əl-Cündi bir müddət əvvəl Misirin “Bəni-Yusif” əyalətinin şimalında yerləşən Nasir rayonunun “Əbu Əs-Süud” məscidində Azan dedikdən sonra məscidin divarında söykənərək oturub. Bir neçə dəqiqə sonra namazqılanlar onu namaz qılmaq üçün səsləsələr də ondan cavab gəlməyib və gözlərini əbədi olaraq bu fani dünyaya yumub.  

Hüseyn əs-Süvəyfi vurğuladı: Namazqılanlar təcili yardıma zəng ediblər, qarini xəstəxanaya aparıblar. Xəstəxanada isə həkimlər onun öldüyünü təsdiq ediblər.

O dedi: Mərhum Şeyx Şaban Əl-Cündi “Bəni-Yusif qarilər birliyi”nin üzvü idi və gözəl səsinə görə bu əyalətin məşhur və sevimli qarilərindən sayılırdı.  

http://iqna.ir/fa/news/3673293

Məşhur Quran qarisi məsciddə Azan dedi və öldü

 

Teqlər: iqna ، misir ، qari ، azan
captcha