IQNA

Quranın Alman və Avropa dillərinə tərcüməsi-4

Şəxsi oriyentasiyalı Quran mütərcimi Deyvid Nerter

9:54 - January 28, 2018
Xəbər sayı: 3482700
Almaniyalı protestan məsihi ilahiyyatçısı Deyvid Nerter də Qurani- Kərimi Alman dilinə öz şəxsi baxış istiqaməti və oriyentasiyası ilə tərcümə edən xristian ruhanilərindən biridir.

Şəxsi oriyentasiyalı Quran mütərcimi Deyvid NerterİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, bundan öncə “Almaniya və Avopada İslam” teleqram kanalına istinadla Qurani- Kərimin Alman dilinə mütərcimlərindən dörd nəfərinin, o cümlədən Yuhan Lanq (Johaan Lange), Salamon Şuvayger (Schweigger), Yuhan Albreşt Vidmanstr (Johann Albrecth Widmannstetter) və Teoder Bayblander (Theodor Bibliander) məlumat vermişdik. İndi isə bu tanışlığın davamında Qurani- Kərimi Alman dilinə tərcümə edən digər bir məsihi ilahiyyatçısı barədə danışacayıq.

Almaniyalı protestan məsihi ilahiyyatçısı Deyvid Nerter də (David Nerreter) Qurani- Kərimi Alman dilinə öz şəxsi baxış istiqaməti və oriyentasiyası ilə tərcümə edən xristian ruhanilərindən biridir.

O, Almaniyanın Norenburq şəhərindəndir. İbtidayi və ilk ali təhsilini öz şəhərində başa vurub. Amma sonradan Prussiya imperatorluğunun (qədimdə Alman padşahlığı) mərkəzi olan Kunisqberq şəhərinə (indiki Rusiyada Kalininqrad) gedir və bu şəhərdə təhsilini davam etdirir. Təhsilini başa vurduqdan sonra vətəninə dönür və universitetdə tədrislə məşğul olur.

Deyvid Nerter 1709-cu ildə Prusiyya imperatorluğunun padşahı 1. Fridrixin vasitəsilə bu imperatorluğun şimalında yerləşən “Pommern” əyalətinin Lutri kilsələrinin başçısı və baş keşiş vəzifəsinə seçilir.

O, Qurani- Kərimin Alman dilinə tərcüməsini 1703-cü ildə Nurenburq şəhərində çap və nəşr etdrir. Bu tərcümə müxtəlif dinlərin əqidə, inanc, adət-ənənə və mədəniyyətlərindən danışan ensiklopediya ilə birlikdə çap edilir ki, bu ensiklopediyanın da böyük hissəsi İslam dini barədə yazılmıdı.

Nerter Qurani- Kərimi orjinal dildən deyil, Latın dilində olan bir Quran nüsxəsindən tərcümə etdmişdi ki, həmin nüsxənin də mütərcümi “Ludovico Marracci” idi ki, öz tərcüməsini 12-ci miladi ərsində çap etdirmişdi.

Deyvid Nerterin Quran təcüməsi o dövrə qədər ki, digrə tərcümələrdən daha dəqiq idi. Amma bu tərcümədə də mütərcim mənfi tərəfkeşlik edib və tərcümədə Peyğəmbər (s) barədə yanlış təsəvvür yaradıb. Belə ki, guya İslam peyğəmbəri (s) yalandanışan və hakimiyyətpərəst bir şəxs olub.

http://iqna.ir/fa/news/3683473

«داوید نرتر»؛ مترجم قرآن با جهت‌گیری شخصی+عکس

«داوید نرتر»؛ مترجم قرآن با جهت‌گیری شخصی+عکس

«داوید نرتر»؛ مترجم قرآن با جهت‌گیری شخصی+عکس

captcha