İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şiələrin böyük təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Sistaninin (Allah ömürünü uzun etsin) İraqın Nəcəf şəhərində yerləşən dəftəxanası FİTR bayramı və Şəvval ayının hilalının görülməsi ilə bağlı bəyaniyyə yaydı.
Bəyaniyyədə İraqda və qonşu ölkələrdə yaşayan möminlərdən və oruc tutanlardan istənilir ki, sabah, həftənin Cüməaxşamı gün, 1439-ci ilin mübarək Ramazan ayının 29-da, qürub vaxtı (Günəş batandan sonra) Şəvval ayının hilalını axtarsınlar.
Bəyaniyyədə deyilir ki, əldə edilən elmi məlumatlara, ayın həcmi və hündürlüyünə əsasən, Şəvval ayının sabah, 14 İyun 2018-ci il (29 Ramazan) adi gözlə görünməsi İraqda və qonşu sərhədlərdə müşkül olacaqdır.
Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Sistaninin (Allah ömürünü uzun etsin) İraqın Nəcəf şəhərində yerləşən dəftəxanası bəyaniyyədə möminlərdən istəyir ki, Şəvval ayının hilalanı gördüyündən əmin olan hər kəs bu barədə birbaşa dəftəxanaya və ya dəftəxanasının səlahiyyətli nümayəndələrinə xəbər versin.
Həmçinin bəyaniyyədə bildirilir ki, həftənin Cüməaxşamı günü, (29 Ramazan) hilalın adi gözlə görülməsi çətin olsa da, elmi məlumatlara əsasən, Cümə günü hilalın çox yüksəklikdə olacağı və bir gün hilal üçün lazım olandan göydə çox qalacağı ehtimal edilir. Buna görə də möminlər sabah, həftənin Cüməaxşamı günü ayın hilalını diqqətlə izləsinlər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın dini orqanları cəmiyyətdən həftənin Cüməaxşamı günü Şəvval ayının izlənilməsini tələb ediblər.
http://iqna.ir/fa/news/3722686
https://www.sistani.org/azari/send-question/