IQNA

İŞİD-in üzvtoplama məsulu ələ keçirildi

23:15 - June 23, 2018
Xəbər sayı: 3483363
Təlafər şəhərinin Cinayətkarlıqla Mübarizə İdarəsi bu xəbəri elan edərək dedi: 2015-ci ildə İŞİD sıralarına üzv toplayan terrorist ələ keçirilib və onun üzərində İŞİD-in üzvlük vərəqələri olub.

İŞİD-in üzvtoplama məsulu ələ keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin şənbə günü, 23 İyun 2018-ci il, İŞİD terror təşkilatının yeni üzvlərini qeydiyyata alan və bu terror dəstəsi üçün üzv toplayan məsulu İraqın Təlafər şəhərində saxlanılıb.

İraqın Neynəva əyalətinin Təlafər şəhərinin Cinayətkarlıqla Mübarizə İdarəsi bu xəbəri elan edərək dedi: 2015-ci ildə İŞİD sıralarına üzv toplayan terrorist ələ keçirilib və onun üzərində İŞİD-in üzvlük vərəqələri olub.

İraqın təhlükəsizlik nazirliyinin sözçüsü Səd Müin dedi: Bu terrorçu etiraf etdi ki, İŞİD-in "İslami Polis"inin üzvü olub. Onun etirafları əsasında İŞİD üçün işləyən digər üç nəfər də həbs edilib. Onlar Mosul şəhərinin qərbində Təlafər şəhərində saxlanılıblar.

Qeyd edək ki, İraqın təhlükəsizlik qüvvələri müxtəlif yerlərdə ciddi yoxlama məntəqələri qurublar və əvvəllər İŞİD-in işğalında olan ərazilərdə terrorist ünsürlərin qalıqlarını axtarırlar.  

http://iqna.ir/fa/news/3724784

Teqlər: iqna ، İŞİd ، təlafər ، mosul
captcha