IQNA

Yəmənli silahlılar Səudiyyə döyüşçülərini öldürdülər

23:41 - June 23, 2018
Xəbər sayı: 3483364
Yəmənin silahlı qüvvələrinin və xalq könüllülərinin Ərəbistanın cənubunda Nəcran əyalətində həyata keçirdiyi əməliyyatda Ərəbistan muzdurları öldürülüb və çoxlu silah ələ keçirilib.

Yəmənli silahlılar Səudiyyə döyüşçülərini öldürdülərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin silahlı qüvvələrinin xəbər qaynağının verdiyi məlumata əsasən, Yəmənin silahlı qüvvələrinin və xalq könüllülərinin həyata keçirdiyi əməliyyat nəticəsində onlarla Səudiyyə döyüşçüsü həlak olub və çoxlu silah-sursat qənimət olaraq götürülüb.

Yəmənin hərbi xəbər portalının bu barədə yayımladığı xəbərdə deyilir ki, Yəmənin silahlı qüvvələrinin və xalq könüllülərinin Ərəbistanın cənubunda Nəcran əyalətində həyata keçirdiyi əməliyyatda Ərəbistan muzdurları öldürülüb və çoxlu silah ələ keçirilib.

Xəbərdə deyilir ki, Nəcranın Südeys hərbi düşərgəsində Səudiyyə qoşunlarının bir snayperçisi də öldürülüb. Bundan əlavə Cehqan, Kərəs, Cubəh və Cizanda hərbi qərargahlar raket atəşinə tutulub. Həmçinin Təiz qəsəbəsində Əsəbistan qoşunlarının iki ədəd piyadanın döyüş maşını (PDM) raketlə vurularaq sıradan çıxarılıb və sərnişinləri məhv edilib.  

http://iqna.ir/fa/news/3724674   

Teqlər: iqna ، yəmən ، pdm ، nəcran
captcha