IQNA

Əl-Əzhər İŞİD-in Quran şübhələrinə cavab verdi

18:17 - September 15, 2018
Xəbər sayı: 3483869
Misrin “əl-Əzhər İslam Mərkəzi”nin radikalizm və terrorizmlə mübarizə gözətçisi İŞİD terrorçularının öz cinayətlərini ört-basdır etmək üçün istinad etdikləri ayələr barədə şübhəni cavablandırıb.

Əl-Əzhər İŞİD-in Quran şübhələrinə cavab verdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin “əl-Əzhər İslam Mərkəzi”nin radikalizmin və terrorizmlə mübarizə gözətçisi İŞİD terrorçularının öz cinayətlərini ört-basdır etmək üçün istinad etdikləri Quran ayələri barədə şübhəni cavablandırıb.

Təşkilatın bəyaniyyəsində deyilir: İŞİD terrorist ünsürləri öz cinayətlərinin dini baxımdan leqal göstərmək üçün Qurani-Kərimin Bəqərə surəsinin 193-cü:

وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلّهِ فَإِنِ انتَهَواْ فَلاَ عُدْوَانَ إِلاَّ عَلَى الظَّالِمِينَ

“Heç bir fitnə qalmayıncaya (şirkin kökü kəsilincəyə) və din və itaət yalnız Allaha məxsus oluncaya qədər onlarla vuruşun. Beləliklə əgər (Allaha şərik qoşmaqdan) əl çəksələr, zalımlardan başqasına qarşı həddi aşmaq rəva deyildir”. 

və Tövbə surəsinin 5-ci ayəsinə:

فَإِذَا انسَلَخَ الأَشْهُرُ الْحُرُمُ فَاقْتُلُواْ الْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ وَخُذُوهُمْ وَاحْصُرُوهُمْ وَاقْعُدُواْ لَهُمْ كُلَّ مَرْصَدٍ فَإِن تَابُواْ وَأَقَامُواْ الصَّلاَةَ وَآتَوُاْ الزَّكَاةَ فَخَلُّواْ سَبِيلَهُمْ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

“Beləliklə, elə ki, haram aylar (verilmiş möhlət və döyüşməyin haram olduğu dörd ay) sona çatdı, müşrikləri harada görsəniz (istər Hərəmin daxilində olsunlar, istərsə də xaricində, haram aylarda olsun və ya başqa aylarda) öldürün, tutun, mühasirəyə alın və hər yerdə onların pusqusunda durun. Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr yollarını açın ki, həqiqətən Allah çox bağışlayan və mehribandır”. - istinad edir, yalançı cihadlarını leqallaşdırmaq istəyirlər və onlara qarşı çıxanların qanını tökməyi halal bilirlər.

Halbuki İslam dini cahanşümul bir dindir, insanları sülhə və digər dinlərə hörmət etməyə dəvət edir. Günahsız insanların qanını axıtmağı böyük günah sayır.

İŞİD terrorçuları isə Quran ayələrini öz kontekstindən çıxararaq öz istədikləri kimi məna edirlər. Halbuki elə Bəqərə ayəsinin 190-cı ayəsində sonrakı ayələrin təfisri və açıqlaması göstərilmişdir.

Allah-Taala bu ayədə buyurur:  

وَقَاتِلُوا فِي سَبِيلِ اللَّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلَا تَعْتَدُوا إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُعْتَدِين

“Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi aşmayın (döyüş zamanı şəriət və ağılın müharibə barəsindəki çərçivə və qanunlarından kənara çıxmayın, qanuni dəlil olmadan hücum etməyin, sülh müqaviləsi bağladığınız kəslərlə müharibə etməyin, zərərsiz zəifləri öldürməyin, ölülərin bədən üzvlərini kəsməyin və malları səbəbsiz tələf etməyin). Allah həddi aşanları sevmir”.

Allah-Taala bu ayədə cihadı təkcə özünü müdafiə üçün icazəli hesab edir. Günahsız insanlara qarşı zülm etməyə icazə vermir.

http://iqna.ir/fa/news/3746705  

Teqlər: iqna ، əl-əzhər ، İŞİd ، terror
captcha