İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveytin Əhmədi əyalətinin Fəhdul-Əhməd rayonunda 15-19 yaşlarında qızlar üçün Qurani-Kərim Mərkəzi təsis edilib.
Bu barədə Küveytin Vəqflər Nazirliyinin nəzdində fəaliyyət göstərən Quran Elmləri və İslami Araşdırmalar İdarəsinin müdiri məlumat verib.
Küveytin Vəqflər Nazirliyinin nəzdində fəaliyyət göstərən Quran Elmləri və İslami Araşdırmalar İdarəsinin müdiri Fəhd Cənfavi bu barədə deyib: Qızlar üçün təsis edilmiş bu Quran mərkəzi "ər-Riyadə" adı ilə fəaliyyət göstərəcəkdir. Quran mərkəzi Küveytin Əhmədi və Mübarəkul-Kəbir əyalətlərinin 16-19 yaşlarında qızlarının Quran fəaliyyətlərinin əhatə edəcəkdir.
O əlavə edib: Yeni təsis edilmiş "Qızlar üçün Quran Təlim Mərkəzi" öz fəaliyyətini yeni ilin (2019) yeni dərs semestrindən başlayacaqdır.
Qeyd edək ki, Küveytin Vəqflər Nazirliyinin nəzdində fəaliyyət göstərən Quran Elmləri və İslami Araşdırmalar İdarəsi tərəfindən son illərdə 20 yeni Quran və İslami araşdırmalar fəaliyyəti göstərən mərkəzlər açılmışdır. İndiyədək bu qrum tərəfindən təsis edilmiş 100-dən çox dini mərkəz Küveytin sosial xidmətlər nazirliyi tərəfindən himayə edilir.
Küveytin Vəqflər Nazirliyinin nəzdində fəaliyyət göstərən Quran Elmləri və İslami Araşdırmalar İdarəsinin müdiri Fəhd Cənfavi vurğulayıb ki, qocalar üçün də Qurani-Kərim mərkəzinin təsis edilməsi proqramımızda vardır. Məqsədimiz budur ki, qocalar boş vaxtlarını bu mərkəzdə toplaşaraq Quran və şəri elmlər öyrənməyə məşğul olsunlar.