IQNA

Misrdə 4400 illik məqbərə tapıldı

10:48 - December 17, 2018
Xəbər sayı: 3484366
Qahirənin Səqarə arxeoloji rayonunda kəşf edilən 4400 illik Firon məqbərəsi Fironlar sülaləsinin beşinci nəslinin zamanına saray naziri və kahini olan "Vah Ti"nin məqbərəsi  olduğu ehtimal edilir.  

Misrdə 4400 illik məqbərə tapıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin paytaxtı Qahirənin qərbində yerləşən Səqarə tarixi ərazisində arxeoloji qazıntılar zamanı 4400 illik məqbərə kəşf edilib.

Bu barədə Misrin Arxeologiya Naziri Xalid İnani mətbuat konfrnasında məlumat verərək bildirib ki, bu məqbərə Fironlar ailəsinə aiddir.

Xarici ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında çıxış edən Xali İnani vurğulayıb: Qahirənin Səqarə arxeoloji rayonunda kəşf edilən 4400 illik Firon məqbərəsi Fironlar sülaləsinin beşinci nəslinin zamanına saray naziri və kahini olan "Vah Ti"nin məqbərəsi  olduğu ehtimal edilir.  

Misrin arxeoloji əsərləri üzrə ali şurasının baş katibi Mustafa Vəziri bu barədə deyib: Yeni kəşf edilən məqbərinin uzunluğu 10 metr, eni isə 3 metrdir. Məqbərənin qazıntı işləri davam edir.   

http://iqna.ir/fa/news/3772690  

Teqlər: qahirə ، misr ، firon ، məqbərə ، vah ti
captcha