IQNA

İSESCO: "15 Mart" dünyada İslamofobiya ilə mübarizə günü elan edilsin

23:33 - March 18, 2019
Xəbər sayı: 3484864
İslami Mədəniyyət, Elm və Təhsil Təşkilatı (İSESCO) Yeni Zelandiyada məsciddə törədilən terror hadisəsinin tarixini (15 Mart) "İslamofobiya ilə mübariə günü" elan edilməsi təklifi ilə çıxış edib.

İSESCO: İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İƏT-in (İslami Əməkdaşlıq Təşkilatı) nəzdində fəaliyyət göstərən İslami Mədəniyyət, Elm və Təhsil Təşkilatı (İSESCO) Yeni Zelandiyada məsciddə törədilən terror hadisəsinin tarixini (15 Mart) "İslamofobiya ilə mübariə günü" elan edilməsi təklifi ilə çıxış edib.

İslami Mədəniyyət, Elm və Təhsil Təşkilatının (İSESCO) rəisi Əbdüləziz Tüveyciri Yeni Zelandiyada müsəlmanlara qarşı vəhşicəsinə törədilmiş terror cinayət hadisəsi ilə bağlı təşkilatın rəsmi saytında bəyaniyyə yayıb.

O, bəyaniyyədə son otuz ildə dinlərarası danışılqarın inkişaf etdirilməsinə rəğmən dünyada müsəlmanlara qarşı artan nifrət, irqçi radikallaıq və İslamofobiyadan danışıb və region dövlətlərindən dünyanı, insan hüquqlarını, bəşəriyyətin sağlamlığını və təhlükəsizliyini təhdid edən bu təhlükəli dilema ilə mübarizə üçün çalışmalarını istəyib.

Bu hadisənin beynəlxalq qanunlara zidd olduğunu bəyan edən İSESCO rəisi hər il Mart ayının 15-ini İslamofobiya ilə mübarizə günü kimi qeyd edilməsini istəyib.   

http://iqna.ir/fa/news/3798943  

captcha