IQNA

İndoneziya – yalançı peyğəmbərlər diyarı

23:54 - March 24, 2019
Xəbər sayı: 3484883
Bu arada müsəlman əhalisinin sayına görə ən böyük müsəlman ölkəsi hesab edilən İndoneziyada iqtisadi və siyasi böhranın yaratdığı qondarma peyğəmbərlər və firqə yaradanlar daha çoxdur.

İndoneziya – yalançı peyğəmbərlər diyarıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sosial şəbəkələrin genişlənməsi və insanların həyatındakı nüfuzu, mənəviyyat və mədəniyyət kasadlığı, sosial və iqtisadi problemlər və siyasi oyunlar son on illikdə dünyanın hər yerində yalançı "xilasedicilər", "hidayətçilər" və "peyğəmbər"lərin çoxalmasına səbəb olub.

Bu arada müsəlman əhalisinin sayına görə ən böyük müsəlman ölkəsi hesab edilən İndoneziyada iqtisadi və siyasi böhranın yaratdığı qondarma peyğəmbərlər daha çoxdur.

Müxtəlif xarici kəşfiyyat orqanların dəstəklədiyi bu yalançı peyğəmbərlər himayədarlarının maddi imkanlarından istifadə edərək az vaxtda çoxlu tərəfdar toplaya bilmişlər.

Onlar insanlara xristianlıq və müsəlmanlıqdan öyrəndikləri bəzi dini ayinləri qarışdıraraq yeni bir ayin kimi təqdim edirlər.

افزایش پیامبران دروغین در اندونزی

Son hesabata görə İndoneziyada Allahdan vəhy aldıqlarını, peyğəmbərin canişini olduqlarını, Cəbrayili gördüklərini və yuxuda və aşkarda mələklərlə əlaqədə olduqlarını iddia edən 600 nəfər qeydə alınıb. Onlardan bəziləri dəfələrlə küfr və təhqirə görə məhkum ediliblər.  

Bu qondarma peyğəmbərlərin arasında ən məşhuru Liya Amindindir. O, 20 il öncədən Cəbrayili gördüyünü və Müqəddəs Məryəmin ruhunu daşıdığını iddia edir. Hazırda 70 yaşı olan bu arvad "Ədən firqəsi"nə rəhbərlik edir. Onlar ixlas nişanəsi olaraq ağ parçadan libas geyinirlər.

Liya Amindin 2006-cı küfr və təhqirə görə suçlanaraq beş il həbs cəzası aldı.

افزایش پیامبران دروغین در اندونزی

Digər qondarma peyğəmbər Sansan Kumaradır. O, Qərbi Cavay əyalətində yaşayır. Peyğəmbər olduğunu və yuxuda vəhy aldığını iddia edir. İndiyədək 4000 nəfər tərəfdar tolaya bilib. Namazın təşəhhüddündə öz adını yerləşdirib. Məhkəmə onun ağılında qüsur olduğunu nəzərə alaraq dəlixanaya göndərsə də, o hazırda azaddır və fəaliyyətini davam etdirir.    

افزایش پیامبران دروغین در اندونزی

İndoneziyada vəhy aldığını iddia edənlərdən biri də Əhməd Müsəddiqdir. O özünü bəşəriyyətin xilaskarı adlandırır. Özü və tərəfdarları üçün "Gafatar" firqəsini yaradıb. Onun firqəsində 55 min nəfər üzv var. 2017-ci ildə beş il həbsə məhkum edilib.

افزایش پیامبران دروغین در اندونزی

Onun və firqəsinin küfr və təhqirləri bais oldu ki, Kalimantan əyalətinin əhalisi 2016-cı ildə onların evlərini yandırsınlar. Bu hadisədən sonra Gafatar firqəsinin üzvləri ölkədən qaçmağa məcbur olublar.  

http://iqna.ir/fa/news/3799017

captcha