İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyədə ilk dəfə Əhli-beyt (ə) məktəbinə dair 300-dən artıq və ümumilikdə 1 milyondan çox kitab nəşr edən “Kövsər” Nəşriyyatı elektron kitabxana layihəsinin icarasına başlayır.
Maide.Az “on4haber” saytına istinadla xəbər verir ki, elektron kitabxanadan dünyanın hər bir yerindən istifadə etmək mümkin olacaq.
Sürətli axtarış etmə sisteminə malik olacaq elektron kitabxanada Ərəb, Türk, Fars və İngilis dillərində kitablar oxuculara təqdim olunacaq.
Elektron kitabxananın saytında yer alan kitabların qiyməti normal qiymətlərdən 80 faiz ucuz olacaq. Bundan başqa elektron kitabxananın kitablarından komputer, tablet və telefondan da istifadə etmək mümkin olacaq.
Məlumata görə, e-kitabxananın rəsmi saytı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.