İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın ən ucqar şimal regionunda yerləşən Kargil əyalətinin məktəb şagirdləri arasında ilk dəfə Qurani-Kərim yarışları keçirilib.
Kargil əyalətində yaşayan müsəlmanlar hər il mübarək Ramazan ayında müxtəlif Quran proqramları icra edirlər. O cümlədən təfsir saatları təşkil edilir, hər gün Qurandan bir cüz oxunur və Quran yarışları keçirilir.
Kargil əyalətinin iki kilometrliyində yerləşən Bıro şəhərinin Şəhid Mütəhhəri adına qeyri-hökumət məktbəi Quran yarışları təşkil edib.
Yarışların açılış mərasimində İran İslam Respublikasının beynəlxalq qarisi Məsud MüvəhhidiRad tilavət edib.
Mərasimdə Kargil şəhərinin meri SəmiulHəqq Çudəri, yerli parlament nümayəndəsi Əsğər Kərbəlayi, "Cameətul-Mustafa (s) əl-ALəmiyyə" beynəlxalq İslam elmləri akademiyasının Hindistan nümayəndəsi Höccətul-İslam Məhəmmədrza Saleh və İmam Xomeyni adına xatirə müəssisəsinin rəisi Sadiq Rəcayi də iştirak ediblər.
"Cameətul-Mustafa (s) əl-ALəmiyyə" beynəlxalq İslam elmləri akademiyasının Hindistan nümayəndəliyinin Quran və Hədis mərkəzinin məsulu MəhəmmədTaha Şairi yarışlara hakimlik edib.