IQNA

'Əl-Vifaq' cəmiyyəti gənclərin edam olunmasına etiraz etdi

11:03 - July 15, 2020
Xəbər sayı: 3487624
Bəhreynin "Əl-Vifaq" cəmiyyəti iki gənc fəalın ölüm cəzasına məhkum edilməsinə etiraz edən bəyanat yayıb.  Bəyanatda vurğulanır ki, gənclərin edam cəzası almaları sərt şəkildə qınanmalıdır. 

Bəhreynin "Əl-Vifaq" cəmiyyəti iki gənc fəalın ölüm cəzasına məhkum edilməsinə etiraz edən bəyanat yayıb.

Bəyanatda vurğulanır ki, Hüseyn Musa və Məhəmməd Ramazan adlı gənclərin edam cəzası almaları sərt şəkildə qınanmalıdır. 

"Bu hüququn aliliyi prinsipinə ziddir. İnsanların müxalif fikirlərinə görə saxta ittihamlarla həbs olunmaları humanitar prinsiplərin də əleyhinədir", - deyə bəyanatda diqqətə çatdırılıb.   

"Əl-Vifaq" cəmiyyəti ölkədə dinc şəkildə təşkil olunan aksiyalarda saxlanılan fəalların bu cür ittihamlarla həbs olunmalarını da sifarişli olaraq xarakterizə edib.  /eastnews/

Teqlər: bəhreyn ، ali-xəlifə ، edam
captcha