IQNA

Müsəlmanlar COVID-19-a görə hər kəsin üz çöndərdiyi induistlərin dadına çatdı

14:39 - July 15, 2020
Xəbər sayı: 3487631
Tehran (IQNA) - Hindistanın Maharaştra ştatının sakini Pratameş Valavalker həmişə hesab edirdi ki, mehriban məhlədə və qonşu və qohumları ilə xoş münasibətlər içərisində yaşayır.

Hindistanın Maharaştra ştatının sakini Pratameş Valavalker həmişə hesab edirdi ki, mehriban məhlədə və qonşu və qohumları ilə xoş münasibətlər içərisində yaşayır.

Həqiqət isə acı olub. Belə ki, Pratameşin 57 yaşlı atası COVID-19 xəstəliyindən dünyasını dəyişdikdə qohumlarından heç kim dəfnə yardım etmək üçün gəlməyib. Hətta qonşular belə çətin gündə onu tək qoyublar.

İnduist olan Pratameşə kömək isə yardımı ən az gözlədiyi yerdən gəlib: müsəlman İqbal və onun müsəlman dostları könüllü şəkildə dəfnə yardım etmək qərarına gəliblər.

Heç kim köməyə gəlmədi, hətta ən yaxın qonşum belə. İnsanlar koronavirusa görə elə bir panikadadırlar ki, hətta yaxın belə gəlmirlər. Çətin saatlarımda müsəlman könüllülər köməyə gəldi”, – deyə 28 yaşlı Pratameş bildirib.

Həmin axşam İqbal və dostları daha bir yerli ailəyə dəfndə yardım ediblər.

Pandemiya başlayandan müsəlmanlar 250-dən çox induistə dəfndə yardım ediblər.

captcha