IQNA

Səudiyyə rejimi Yəməndə toy məclisini bombaladı, qadın və uşaqlar həlak oldu

22:59 - July 15, 2020
Xəbər sayı: 3487635
Tehran (IQNA) - Yəmənin Cəvf əyaləindəki yerli mənbələr Əl-Hazm rayonunun Masafa bölgəsində Səudiyyə rejimi-ABŞ koalisiyasının hava hücumu nəticəsində ölənlərin sayının 25-dən çox olduğunu bildirib.

Yəmənin Əl-Cəvf əyaləindəki yerli mənbələr Əl-Hazm rayonunun Əl-Masafa bölgəsində Səudiyyə rejimi-ABŞ koalisiyasının hava hücumu nəticəsində ölənlərin sayının 25-dən çox olduğunu bildirib.

Mənbələr təcavüzkar koalisiyaya məxsus təyyarələrin Əl-Masafa bölgəsindəki Mabxout Marzuq Marinin evində qadın və uşaqlar üçün keçirilən toy məclisini hədəfə aldığını bildiriblər.

Verilən məlumatlara görə, Məarib xəstəxanasında aralarında qadın və uşaqların da olduğu yaralılarla yanaşı, 16-dan çox meyit, Əl-Həzm Xəstəxanasında 8 meyit və bir sıra yaralılar gətirilib.

Səudiyyə rejimi-ABŞ koalisiyasına məxsus təyyarələr iyulun 12-si də Həccah əyalətinə təşkil etdiyi hava hücumunda hamısı qadın və uşaq olmaqla 9 nəfər həlak olmuşdu.

Qeyd edək ki, uşaqlara və qadınlara qarşı təcavüz cinayətləri BMT-nin baş katibi Antonio Quterreşin silahlı qarşıdurmada uşaq pozuntuları ilə bağlı yaydığı illik hesabatda Səudiyyə rejiminin başçılıq etdiyi işğalçı koalisiyanı “utanc siyahısı” olaraq da tanınan qara siyahıdan çıxarmasından sonra baş verir. /3910818

captcha