IQNA

“Böhranlar fonunda İmam Sadiqin (ə) tərbiyəvi idarəçiliyi” seminarı keçiriləcək

10:33 - June 07, 2021
Xəbər sayı: 3489997
İraqın Kərbəla şəhərində şiələrin altıncı məsum rəhbəri İmam Sadiqin (ə) şəhadəti münasibəti ilə “Böhranlar fonunda İmam Sadiqin (ə) tərbiyəvi idarəçiliyi” virtual seminarı keçiriləcək.

İraqın Kərbəla şəhərində şiələrin altıncı məsum imamı Həzrət İmam Sadiqin (ə) şəhadəti münasibəti ilə “Böhranlar fonunda İmam Sadiqin (ə) tərbiyəvi idarəçiliyi” adlı virtual seminarı keçiriləcək.

Bu gün, Bazar Ertəsi, 7 iyun 2021, yerli vaxtla saat 20:00-da, ZOOM platforması üzərindən keçiriləcək bu seminar Həzrət Əbul-Fəzl Abbas (ə) hərəminin idarə heyətinin təşəbbüsü ilə təşkil edilmişdir.

Həzrət Əbul-Fəzl Abbas (ə) hərəminin təlim və tərbiyə bölməsinin rəisi Əhməd Sübeyhi əl-Kəbinin rəhbərliyi ilə keçiriləcək bu seminarda İmam Sadiqin (ə) böhran zamanı tərbiyəvi idarəçik üslubu araşdırılacaq və müasir dövrdə bundan necə istifadə edilməsi yolları müzakirə ediləcək.

Seminarda iştirak etmək istəyənlər qarşıdakı link ( https://us۰۲web.zoom.us/j/۳۷۴۰۸۷۳۰۰۵ ) vasitəsi ilə qoşula bilərlər. /iqna

  

 

captcha