IQNA

Sionistlər Əqsa məscidinin girişində təhqiredici sözlər yazdılar

11:39 - June 08, 2021
Xəbər sayı: 3490008
Sionist qəsəbə sakinləri Əqsa məscidinin “Babul-Məğaribə” qapısında İbri dilində yazılmış lövhə asaraq Qüdsdə yaşayan fələstinlilərin hislərini təhrik etmək istəyiblər.

Sionist qəsəbə sakinləri Əqsa məscidinin “Babul-Məğaribə” qapısında İbri dilində yazılmış lövhə asaraq Qüdsdə yaşayan fələstinlilərin hislərini təhrik etmək istəyiblər.

Radikal yəhudilər bundan əlavə Əqsa məscidinin Məlik əl-Feysəl qapısında sionist rejimin bayrağını qaldırıblar.

“Heykəldən müdafiə edən qadınlar” adlı radikal yəhudi təşkilatı “Babul-Məğaribə” qapısında asdıqları lövhədə qapıya İbri dilində yeni az asıblar. Bu lövhənin üzərində “Həlil darvazası” yazıblar. “Həlil İrail” isə 2016-cı ildə sionist qəsəbə sakinlərinin yaşadığı “Kiryat İrba” qəsəbəsində öldürülmüşdü.  

Digər bir qrup sionist qəsəbə sakinləri isə əllərinə sionist rejimin bayrağını götürərək Məlik Feysəl qapısından Əqsa məscidinin səhnlərinə soxulublar.

Əqsa məscidinin əl-Amud qapısından girən radikal yəhudilər ilə fələstinli cavanlar arasında qarşıdurma yaranıb. Sionist rejimin hərbiçiləri bir fələstinli cavanı həbs ediblər.

Qeyd edək ki, Əqsa məscidinin Məğaribə qapısı sionstlərin 1967-ci ildən işğal etdikləri Haitul-Buraq divarına ən yaxı qapıdır və radikal yəhudilər həmişə bu qapıdan Əqsa məscidində soxulurlar. /iqna

captcha