Son dövrlərdə Tehranın birinci müctəhidi və Tehran alimlərinin ustadı hesab edilən Ayətullah Məhəmmədtəqi Şəriətmədari uzun sürən xəstəlikdən sonra 87 yaşında ikən vəfat edib.
Müasir dövrdə Tehran alimlərinin ustadı və “müctəhidi-əvvəl” ləqəbi ilə tanınan Ayətullah Məhəmmədtəqi Şəriətmədari dövrünün tanınmış alimləri Ayətullah Üzma Seyid Əhməd Xansari, Şeyx Məhəmmədtəqi Amuli və Mirza Əbul-Həsən Şəərani kimi şəxsiyyətlərinin ustadı olmuşdur.
O, “Mütəhhərinin Mənzuməsinə şərh”, “Nəsime-Behişt” (Səhifeyi-Səccadiyyənin şərhi), “Əllamə Məclisinin Fədək xütbəsinin şərhinə təliqə” və sair kitabların müəllifidir.
Ayətullah Şəriətmədari uzun illər Tehranın məşhur “Mərvi” mədrəsəsinin ali dini dərslərini tədris edib və Tehranın Dabbağxana məscidində xətib və camaat imamı olub. /iqna