Koronavirus pandemiyası səbəbindən 15 aydan sonra iranlı zəvvarlar məhdud sayda və sağlamlıq protokollarına əməl edərək İraqda olan müqəddəs ziyarətgahları ziyarət edə biləcək.
Bu barədə hazırda İraqda səfərdə olan İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.
“İraqın mədəniyyət naziri ilə görüşdə Nəcəf, Kərbəla, Kazimeyn və Samirrada olan müqəddəs ziyarətgahlara səfərlərin başlanması məsələsini müzakirə etdik və qərara alındı ki, İrandan məhdud sayda zəvvar karvanları İraqa göndərilsin”.
O qeyd edib ki, həmçinin İranlı zəvvarlar üçün Ərbəin günlərində İraqa 45 günlük vizasız gediş-gəliş etmək haqqında saziş dövlət tərəfindən təsdiqlənib və İraq hökuməti bu sahədə qanunu proseduru tamamlayarsa cari ildə Ərbəin günlərində iranlı zəvvarlar İraqdakı müqəddəs ziyarətgahları ziyarət etmək üçün bu ölkəyə vizasız gediş-gəliş edə biləcək. /
ISNA