IQNA

Azərbaycan Yeparxiyasının arxiyepiskopu koronavirusdan vəfat edib

9:54 - June 12, 2021
Xəbər sayı: 3490035
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr uzunsürən ağır xəstəlikdən sonra iyunun 10-da 69 yaşında vəfat edib.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr uzunsürən ağır xəstəlikdən sonra iyunun 10-da 69 yaşında vəfat edib.

Bu barədə yeparxiyanın saytında məlumat verilir.

Öz növbəsində, Patriarx Kirillin tabeliyində işçi qrupu arxiyepiskopun koronavirusdan vəfat etdiyini bildirib.

Aleksandr Azərbaycana təyin olunana qədər 20 ilə yaxın Qafqazda xidmət etmişdir.

1992-ci ildən arximandrit Aleksandr (İşein) Azərbaycanda müxtəlif pravoslav məbədlərin baş keşişi olub. 1998-ci ilin sonunda Müqəddəs Sinodun qərarı ilə Bakı və Xəzəryanı Yeparxiya bərpa edilib. O zaman onun sərhədləri Azərbaycanı, Dağıstanı və Çeçenistanı əhatə edirdi. Arximandrit Aleksandr İşein isə yepiskop təyin edilib.

2011-ci ilin mart ayında Bakı və Xəzəryanı Yeparxiyanın adı dəyişdirilərək Bakı və Azərbaycan Yeparxiyası adlandırılıb, müvafiq olaraq yepiskop Aleksandrın titulu da dəyişib və bir il sonra Patriarx Kirill tərəfindən ona arxiyepiskop rütbəsi verilib. /Shafaqna

Teqlər: kilsə ، yepiskop ، yeparxiya ، keşiş
captcha