IQNA

Qazaxıstanda Quran xəttatlığı sərgisi keçirilib

12:33 - May 13, 2022
Xəbər sayı: 3492223
Mayın 11-də Qazaxıstanın Nur Sultan şəhərindəki Kazguy Universitetində İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının Beynəlxalq Təbliğat Bürosunun dəstəyi və İranın Qazaxıstandakı mədəniyyət müşavirinin iştirakı ilə Quran xəttatlığı sərgisinin açılışı olub.

İQNA, Qazaxıstanda İran Mədəniyyət Müşavirliyinə istinadən xəbər verir ki, Kazgio Universitetinin prorektoru Aynur Karbuzavanın, universitetin Beynəlxalq departamentinin direktoru Şinar Zəkiyeva, İranın səfiri Məcid Səmədzadə Sabir və İranın Qazaxıstandakı mədəniyyət müşaviri Əli Əkbər Talibi Mətinin iştirakı ilə açılış mərasimi keçirilib. Kazgio Universitetinin prorektoru deyib ki, Kazgio Universiteti İran İslam Cümhuriyyəti ilə səmərəli əməkdaşlığa hər zaman hazırdır.

Onun sözlərinə görə, belə bir sərginin keçirilməsi bu universitetin ustad və tələbələri üçün İranın zəngin mədəniyyət və incəsənətinin bir hissəsi ilə tanış olmaq üçün çox yaxşı fürsətdir.

Bu sərginin kənarında Quran xəttatçısı Möhsin İbrahimi İranda xəttatlığın yaranması, xəttatlığın yaranma tarixi və bu sahədə onun xüsusiyyətləri və təcrübələri haqqında seminarda çıxış edib.

4056552

captcha