"İQNA", "Əl-Fərat News"-a istinadən xəbər verir ki, Rəbiül-Əvvəl ayının 8-də İmam Həsən Əskərinin (ə) şəhadət ildönümünü qeyd etmək üçün son günlər Samirraya çatan İraqın daxilindən və xaricindən milyonlarla zəvvar hərəmin həyətlərində əzadarlıq ediblər.
11-ci İmamın (ə) şəhadəti üçün əzadarlıq mərasimi onun hərəmində keçirildi, bu müqəddəs məkan insanlarla doldu, mərsiyə və sinə vurma mərasimi saatlarla davam etdi.
Əzadarlıq dəstələri səhər saatlarından ziyarətgaha gedərək əzadarlıq ediblər.
4089901