IQNA

Həzrət Ayətullah-Üzma Məkarim Şirazi:

Məzhəbləri təhqir etmək haramdır / İslam "əql" məktəbidir

6:55 - September 17, 2014
Xəbər sayı: 1450862
Dini Elmi Hövzələr qrupu: Şiələrin ali məqamlı din mərcəsi Həzrət Ayətullah-Üzma Nasir Məkarim Şirazi "şiə" məzhəbini yeni qəbul etmiş bir qrup insanlarla görüşündə dedi: Quran və İslam "ağıl" ilə yoldaşdırlar. Quran müxatəbləri ağıllı insanlardırlar, Quran-Kərimin 70 ayəsi "əql" haqqında nazil olmuşdur və bu da İslamın "əql" məktəbi olmasının və "ağıllılıq"a əhəmiyyət verməsinin nişanəsidir".


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Şiələrin ali məqamlı din mərcəsi Həzrət Ayətullah-Üzma Nasir Məkarim Şirazi İİR-nın Gülüstan, Sistan, Hörmüzqan və Kürdüstan əyalətlərindən olan və "şiə" məzhəbini yeni qəbul etmiş bir qrup insanlarla görüşündə dedi: "Digər məzhəblərin müqəddəslərini təhqir etmək və aşağılamaq caiz (icazəli) deyil, haramdır. Biz özümüz başqa məzhəblərdən olan kimsəni aşağılamırıq və kiməsə də bu icazəni verməyəcəyik. Quran və İslam "ağıl" ilə yoldaşdırlar. Quran müxatəbləri ağıllı insanlardırlar, Quran-Kərimin 70 ayəsi "əql" haqqında nazil olmuşdur və bu da İslamın "əql" məktəbi olmasının və "ağıllılıq"a əhəmiyyət verməsinin nişanəsidir".



O, görüş iştirakçıların tövsiyə verərək deyib: "Siz öz doğru yolunu tapmış azad və şücaətli insanlarsınız. Sizi böyük mükafat gözləyir. Əhli beyt (ə) məktəbini gözəl əməlinizlə təbliğ edin."



Ayətullah Məkarim Şirazi bildirib ki, Əhli beyt (ə) davamçıları üsuliddin və firuiddin barədə nəzərlərini Əhli-sünnənin əsas kitablarından isbat edə biləcəyini deyib.



Səqəleyn (Quran və Əhli beyt (ə)) hədisinə işarə edən Ayətullah Məkarim Şirazi, Quran və Əhli beytin (ə) bir-birindən ayrı mütaliə ediləcəyi təqdirdə insanın doğru yolu itirəcəyini bildirib.



Ayətullah Şirazi, müsəlmanların hər zaman və hər yerdə davranışları, sözləri ilə İslamın gözəl əxlaqını göstərməli olduqlarını bildirib. 



Həmçinin Əhli beyt (ə) yolunun əməli formada təbliğinin ən gözəl üsul olduğunu qeyd edib.



1450315



 



 



 

captcha