IQNA

Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri:

Təfriqə müşrik cəmiyyətin xüsusiyyətlərindəndir

16:09 - February 19, 2016
Xəbər sayı: 3480193
Tehran, 19.02.2016 – Müşrik cəmiyyətlərin xüsusiyyətlərindən biri də budur ki, təfriqə tələsinə tez düşür və dəstə-dəstə olurlar. Hər dəstə də bir tərəfə dartır…

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Ayətullah Reyşəhri bu həftənin son təfsir dərsində "vələz-zallin” ayəsinin təfsirində dedi: Müşrik cəmiyyətlərin xüsusiyyətlərindən biri də budur ki, təfriqə tələsinə tez düşür və dəstə-dəstə olurlar. Hər dəstə də bir tərəfə dartır. Bu müşrikliyin əlamətidir və İslam Məktəbi ilə heç bir uyğunluğu yoxdur və İslam dini həmişə insanları tövhidə dəvət etmişdir.

Reyşəhri dedi: İnsan şeytan, cin və insanların digərlərini azdırmaq üçün hansı metodlardan istifadə etdiyini bilməlidir. İnsan azdıranların azdırma metodlarını bilmədikcə həmişə onların qurduğu tora düşəcəkdir. Məsələn şeytanlar və dar-dəstəsi möminləri azdırmaq üçün həmişə bu 6 metoddan istifadə edirlər: yalan, din düzəltmək, dini təhrif etmək, özünü xeyirxah kimi göstərmək, incəsənətdən suistifadə (xüsusilə də müasir dövrdə), ixtilaf və təfriqə salmaq.

Ayətullah Reyşəhri əlavə etdi: Cin və insanlardan olan şeytanların insanı azdırmaq üçün ən çox istifadə edikləri vasitələrdən biri də ixtilaf və təfriqə yaratmaqdır. Allah-Taala Quran-Kərimdə buyurur:

«إِنَّ فِرْعَوْنَ عَلَا فِي الْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعًا يَسْتَضْعِفُ طَائِفَةً مِّنْهُمْ يُذَبِّحُ أَبْنَاءهُمْ وَيَسْتَحْيِي نِسَاءهُمْ إِنَّهُ كَانَ مِنَ الْمُفْسِدِينَ - (قصص/4)»

"Həqiqətən, Firon (Misrin padşahı) o torpaqda baş qaldırdı və hakimiyyət tapdı və oranın camaatını müxtəlif dəstələrə parçaladı (hər dəstəyə öz dövlətinin işlərinin bir hissəsini tapşırdı və hər bir dəstəni o birisi ilə düşmən etdi.) Onlardan bir dəstəni (İsrail övladlarından ibarət olan dəstəni) zəifliyə (və qul olmağa) sürüklüyürdü (və bu nəslin kökünün kəsilməsi üçün) oğlanlarının hamısının başını kəsir və qadınlarını (isə) sağ buraxırdı. Həqiqətən, o, fəsad törədənlərdən idi” – (Qəsəs/4).

Ayədən göründüyü kimi fironlar insanları özlərinə qul etmək üçün onları müxtəlif dəstələrə parçlayır, sonra isə hər dəstəni ayrılıqda özlərinə qul edirdilər. Buna görə də Quran-Kərim dəfələrlə insanlara xəbərdarlıq edir ki, İslam düşmənlərinin tələsinə düşməsinlər, bir-birindən ayrılmasınlar, təfriqə və ixtilafa düşməsinlər. Çünki təfriqə və ixtilaf müşrik cəmiyyətin əlamətlərindəndir. Hər dəstə bir-biri ilə heç bir əlaqəsi olmayan yollara gedirlər.

Reyşəhəri əlavə etdi: VƏHDƏT məsələsi o qədər mühümdür ki, İmam Əli (ə) bunun üçün 25 il sükut etdi və öz haqqından keçdi.

http://iqna.ir/fa/news/3476667



Teqlər: vəhdət ، təfsir ، reyşəhri
captcha