IQNA

Türkiyənin "Ulusal Tv" kanalının nümayəndəsi:

İran İslam İnqilabı regionun bölünməsi qarşısında ən böyük maneədir

1:02 - November 04, 2017
Xəbər sayı: 3482341
İranın 23. Beynəlxalq Mətbuat Sərgisində iştirak edən Yəqub Aslan (Türkiyənin "Ulusal Tv" kanalının nümayəndəsi) vurğuladı: İran İslam İnqilabı regionun bölünməsi qarşısında ən böyük maneədir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam İnqilabının 23. Beynəlxalq Mətbuat Sərgisində iştirak edən Yəqub Aslan (Türkiyənin "Ulusal Tv" kanalının nümayəndəsi) İQNA ilə müsahibəsində vurğuladı: İran İslam İnqilabı regionun bölünməsi və təcziyə edilərək ikinci, üçüncü və yeni-yeni israillərin yaranmasının qarşısında ən böyük maneədir.

İran İslam İnqilabının 23. Beynəlxalq Mətbuat Sərgisin haşiyəsində "Kürdüstan iqliminin referendomu, region ölkələrinin və İsrailin bu referendomda rolu" adlı konfransda iştirak edən Yəqub Aslan çıxışı zamanı dedi: İşğalçı sionistlər "3 İsrail" adlı planlar hazırlayıblar. Bu üç İsrailin birincisini Fələstində təşkil ediblər. İkincisini İraqın Kürdüstanında və üçüncüsünü isə Türkiyədə yaratmaq istəyirlər.

O, Türkiyənin son bir neçə ayda ABŞ-ın hiylələrindən xəbərdar olduğunu vurğulayaraq əlavə etdi: Türkiyə və İran Kürfüstan iqliminin müstəqilliyini ikinci İsrailin yaranması kimi hesab edir. Bu məsələyə Rəcəb Təyyib Ərdoğanın Tehrana son səfəri və İslam İnqilabının Ali Rəhbəri ilə görüşündə də işarə edildi və hər iki tərəf bu məsələnin qarşısında dayanmağın zəruri olduğunu vurğuladılar.

Yəqub Aslan çıxışının davamında bildirdi ki, ABŞ əvvəlcə kürdləri Türkiyəyə birləşdirərək böyük Türkiyə qurmaq şüarı ilə türk siyasətçilərini aldatmaq istədi. Amma çox keçmədi bu kələyinin üstü açıldı və hamı başa düşdü ki, iraq və suriya kürdlərini Türkiyəyə birləşdirmək əslində sonrada Türkiyəni təcziyə edərək sionistlərin idarəçiliyində olacaq böyük Kürd dövləti yaratmaq məqsədi güdürmüş.

Teqlər: iqna ، türkiyə ، israil ، kürdüstan
captcha