IQNA

Riyazda partlayış səsləri eşidilib

18:51 - May 09, 2018
Xəbər sayı: 3483144
Terrorist vəhabilərin maliyyə dəstəkçisi olan Səudiyyə Ərəbistanının hakimiyyət dairələri bu partlayışlar barədə açıqlama verməyiblər.

Riyazda partlayış səsləri eşidilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin üçüncü günü, 9 May 2018-ci il, Səudiyyə Ərəbistanın paytaxtı Riyazda dəhşətli və ardıcıl partlayış səsləri eşidilib.

Terrorist vəhabilərin maliyyə dəstəkçisi olan Səudiyyə Ərəbistanının hakimiyyət dairələri bu partlayışlar barədə açıqlama verməyiblər.

Bundan öncə də səudiyyəli terroristlər tərəfindən hücuma məruz qalmış Yəmənin Ənsarullah İslami Müqavimət Hərəkatının silahlı qüvvələri Ərəbistanın təcavüzünə və günahsız mülki vətəndaşlara havadan raket hücumlarına cavab olaraq Riyazı ballestik raketlər ilə hədəfə almışdılar.

Səudiyyə Ərəbistanı Ənsarullahın bu raket hücumlarının qarşısını aldığını, hədəfə çatmazdan öncə havada ikən zərərsizləşdirdiyini iddia etəsə də, əldə edilən faktlar bu iddianın yalan olduğunu və əksini sübut edir.

http://iqna.ir/fa/news/3712877

Teqlər: iqna ، riyaz ، ərəbistan ، Ənsarullah ، raket
captcha