IQNA

Dollar qaçaqmalçılığı üçün Qurandan sui-istifadə etdilər

11:45 - July 30, 2018
Xəbər sayı: 3483563
Quran qutularından kəşf edilən dollarların terrorçu və təkfirçi Səudiyyə Ərəbistanın vəhabi şeyxləri tərəfindən regiondakı sələfi-vəhabi təbliğatçıları üçün göndərilməsi bəlli olub.

Dollar qaçaqmalçılığı üçün Qurandan sui-istifadə etdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kürdüstan əyalətinin təhlükəsizlik qüvvələri Qurani-Kərim nüsxələrinin daşındığı qutulardan külli miqdarda dollar kəşf ediblər.

Süleymaniyyə hava limanında Quran qutularından kəşf edilən dollarların terrorçu və təkfirçi Səudiyyə Ərəbistanın vəhabi şeyxləri tərəfindən regiondakı sələfi-vəhabi təbliğatçıları üçün göndərilməsi bəlli olub.

İraqın Süleymaniyyə hava limanında təhlükəsizlik qüvvələri tərəfindən kəşf edilən dollarlar Quran nüsxələrinin arasına yerləşdirilibmiş.

İstintaq zamanı bu dollarların Ərəbistanın Cəddə hava limanından İraq Kürdüstanındakı vəhabi şeyxi və sələfilərin rəhbəri, "Məscidul-Cənnət" məscidinin camaat imamı Molla Əbdüllətif üçün göndərilməsi məlum olub.

Süleymaniyyə hava limanının təhlükəsizlik qüvvələri bildiriblər ki, bundan öncə də Qurani-Kərim nüsxələrini ehtiva edən qutuların Cəddə hava limanından gəldiyinin şahidi olublar, amma müqəddəs kitaba hörmətsizlik olmasın deyə, qutuları ciddi araşdırmayıblar. Ehtimal olunur ki, Səudiyyə şeyxləri bu metodla uzun müddət İraqdakı terrorçu və təkfirçi vahabiləri maliyyələşdiriblər.

http://iqna.ir/fa/news/3734456   

 

 

captcha