IQNA

İraqın "eyzədi"ləri hələ də dağlarda qaçqındırlar

6:40 - August 09, 2018
Xəbər sayı: 3483624
Sincarın azad edilməsinin üzərindən üç il keçməsinə baxmayaraq hələ İŞİD terrorçularının əlindən qaçaraq dağlara sığınmış "eyzədi"lər dağlarda sərgərdandırlar.

İraqın İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İŞİD terroristləri 2015-ci ildə Sincara hücum edərək minlərlə qız, uşaq, qadın və qocanı qətliam etdilər və çox sayda insanı əsir götürdülər, evlərin çoxunu dağıtdılar.

Bu hücumdan sonra əhalinin çoxu dağlara çəkildi, bəzi hesabatlara görə, 2200 ailə (təqribən 10 min nəfər) dağlarda qurulan çadırlarda çox çətin bir şəraitdə yaşayırlar.

Sincarın azad edilməsinin üzərindən üç il keçməsinə baxmayaraq hələ İŞİD terrorçularının əlindən qaçaraq dağlara sığınmış "eyzədi"lər dağlarda sərgərdandırlar. Onların evləri İŞİD terrorçuları və guya İŞİD əleyhinə vuruşan beynəlxalq koalisiya qüvvələri tərəfindən bombalanaraq dağıdılıb. Bundan əlavə onlar hələ də öz yaşadığı ərazilərə qayıtmaqdan qorxurlar.

Sincarlıların evlərinin, dövlət binalarının və sosial əhəmiyyətli tikililərin 85 faizi tamamilə sırdan çıxmışdır. Amma buna görə, heç kim Sincar əhalisinə kampesasiya verməmişdir.   

http://iqna.ir/fa/news/3737118

 

Teqlər: iqna ، sincar ، eyzədi
captcha