IQNA

Avstraliyada hicablı hamilə xanımı döydülər

11:27 - November 23, 2019
Xəbər sayı: 3486193
Avstraliyanın polisinin məlumatına görə, hadisə həftənin üçüncü günü kafelərdən birində baş verib. Hadisə zamanı döyülən Rəna Səmər adlı 31 yaşlı müsəlman xanım hamiləliyinin 38-ci həftəsindədir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstraliyada müsəlman hicablı xanımı İslamofobiya zəminində döyüblər.

Avstraliyanın Yeni Cənubi Uels əyaləti polisinin məlumatına görə, hadisə həftənin üçüncü günü kafelərdən birində baş verib. Hadisə zamanı döyülən Rəna Səmər adlı 31 yaşlı müsəlman xanım hamiləliyinin 38-ci həftəsindədir.

Hamilə xanıma hicablı olduğuna görə hücum edən cinayətkarın adı Stipe Lozina olub. 43 yaşlı bu cinayətkar həbs edilib. Məhkəmədə cinayətkarın müsəlman xanım ilə əvvəlcədən heç bir tanışlığının olmaması və hadisəni irqçilik və İslamofobiya zəminində törətdiyi məlum olub.

Rəna Səmər soasial şəbəkə səhifəsində bundan öncə də İslamofobiyaçıların hücumuna məruz qaldığını yazıb. Amma bu hücumlar təkcə sözlə təhdid həddində olub.  

https://iqna.ir/fa/news/3858781

captcha