IQNA

Barzani İslam İnqilabının rəhbərinə başsağlığı məktubu göndərib

8:58 - January 07, 2020
Xəbər sayı: 3486443
Kürdüstanın qubernatoru Niçirvan Barzani məktubda General-Leytenant Qasim Süleymani kimi bir insanın terror edilməsini İraqın Kürdüstan əhalisi və dövləti üçün nigaranedici və təəssüflü hesab edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kürdüstan vilayətinin qubernatoru Niçirvan Barzani məktub yazaraq İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının komandiri Şəhid General-Leytenant Qasim Süleymaninin və silahdaşlarının şəhadəti münasibəti ilə İran xalqına və İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei cənablarına başsağlığı verib.

İraqın Kürdüstan vilayətinin qubernatoru Niçirvan Barzani məktubunda Şəhid General-Leytenant Qasim Süleymani kimi bir insanın terror edilməsini İraqın Kürdüstan əhalisi və dövləti üçün nigaranedici və təəssüflü hesab edib.

O yazıb: Şəhid Süleymani imperializm və terrorçu İŞİD əleyhinə mübarizə cəbhəsində bizim cəbhədaşımız və dostlarımızdan və  idi. Dəfələrlə bu zəhmətlərinə və fədakarlıqlarına görə Kürdüstan və İraq müqaviməti ona təşəkkürlərini bildiriblər.  

https://iqna.ir/fa/news/3869796

پیام تسلیت بارزانی به رهبر انقلاب در پی شهادت سپهبد سلیمانی

captcha