IQNA

Kanadalı hakim hicablı xanımdan 5 il sonra üzr istədi

19:24 - September 10, 2020
Xəbər sayı: 3488087
Kanadanın Kvebek şəhərində müsəlman bir qadının hicabına görə işinə baxmaqdan imtina edən hakim 5 ildən sonra ondan üzr istəyib.

Kanadanın Kvebek şəhərində müsəlman bir qadının hicabına görə işinə baxmaqdan imtina edən hakim 5 ildən sonra ondan üzr istəyib.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Kvebekin hakimlər üçün ən yüksək intizam orqanı olan Kvebek Məhkəmə Şurasının üzvləri bundan əvvəl verdiyi qərar əsasında hakim Eliana Marenqo və işinə baxmadığı Rania Əl-Allul ilə onlayn iclas keçirdib.

Şura üzvləri qarşısında üzr istədiyi mətni oxuyan hakim Marenqo, Əl-Alluldan hicabını çıxarmasını xahiş etdiyində bir səhv etdiyini, narahatlıq yaratdığına görə peşman olduğunu və əsla incitmək və ya hörmətsizlik etməyi düşünmədiyini söyləyib.

Morenqo həmin vaxt Əl-Allulun hicabını məhkəmə salonunda geyilən bir şapka və ya günəş eynəyi ilə müqayisə etdiyinə diqqət çəkərək, belə deyib: “Şapka və günəş eynəyinə istinadım, davranış qaydalarının ümumiyyətlə məhkəmə binasında necə tətbiq olunduğunu göstərmək üçün idi və əlbəttə nə sizə, nə də inancınıza hörmətsizlik etmək qəsdi ilə etməmişdim. Sizdən səmimi qəlbdən üzr istəyirəm”.

Rania Əl-Allul da Marenqonun üzrünü qəbul etdiyini açıqlayıb.

Xatırladaq ki, Kanadanın Monreal şəhərində 2015-ci ilin aprel ayında hakim Marenqo yol qaydasını pozduğu üçün məhkəməyə gələn müsəlman xanımın hicablı olduğu üçün işinə baxmamışdı.

captcha