IQNA

Yeni Zelandiyada hicablı polislər də xidmət edəcək

20:55 - November 13, 2020
Xəbər sayı: 3488612
Hicab rəsmi olaraq Yeni Zelandiya polis formasına daxil edilib. İlk hicablı polis Kraysçörç məscidlərindəki terror hücumlarından sonra polis akademiyasına yazılmağa qərar verən 30 yaşlı Zeyna Əli olacaq.

Zeyna Əli təhsil aldığı müddətdə müsəlman formalarını hazırlayan dizaynerlərlə əməkdaşlıq etdiyini və uyğun modelin hazırlanması üçün onların kömək etdiyini söylədi.
“Hicabın Yeni Zelandiyadakı polis formasının bir hissəsi olduğunu göstərə bilmək çox qürurvericidir. Bunu görən digər müsəlman qadınlar da xidmət etmək istəyəcəklər”, - deyə Zeyna Əli söyləyib./ deyerler.org/
captcha