IQNA

İslamofoblar Avstraliyada məscidin inşasına qarşı çıxdı

16:23 - August 27, 2021
Xəbər sayı: 3490602
İslamofob şəxslər şəhər küçələrində məscid inşasına qarşı olduqlarına dair plakatlar asıblar. Vilyams həmin şəxslərin bu hərəkətini irqçilik adlandırıb.

Avstraliyanın Sidney şəhərinin bəzi sakinləri məscid inşasına qarşı çıxıb.

Qeyd edək ki, şəhərdə məşhur müsəlman idmançı Sonni Bill Vilyamsın təşəbbüsü ilə müsəlman ibadətgahı inşa edilməkdədir.

İslamofob şəxslər şəhər küçələrində məscid inşasına qarşı olduqlarına dair plakatlar asıblar.

Vilyams həmin şəxslərin bu hərəkətini irqçilik adlandırıb.

“Burada minlərlə müsəlman ailəsi yaşayır və bizim ibadətə toplaşmaq üçün yerimiz yoxdur. Müsəlmanlar şəhərin bu rayonunda 1950-ci illərdən yaşayır və onların heç vaxt məscidi olmayıb”, – deyə müsəlman idmançı bildirib.

Qeyd edək ki, Vilyams ağır çəki üzrə Avstraliya çempionu, həmçinin reqbi oyunçusudur. /iqna

Teqlər: avstraliya ، Sonni ، islamofobiya ، məscid
captcha