IQNA

Qədir-Xum Quran yarışlarında iraqlı qadınların yarışı keçirilib

17:16 - July 24, 2022
Xəbər sayı: 3492602
Qədir-Xum bayramı münasibətilə Ələvi hərəminin Dini və Mədəniyyət İşləri üzrə Darül-Quran İdarəsi İraqın müxtəlif əyalətlərindən olan qari və hafiz qadınların iştirakı ilə Quran müsabiqəsi təşkil edib.

"İQNA", Astan Ələvinin məlumat bürosuna istinadən xəbər verir ki, müqəddəs Ələvi ziyarətgahının Darül-Quranının dini və mədəniyyət işləri şöbəsi vilayət həftəsi ilə eyni vaxtda İraqın müxtəlif vilayətlərindən olan qari və hafiz qadınların iştirakı ilə Quran yarışını təşkil edib.

Qurani-Kərimin hifzi üzrə müsabiqənin birincisi, demək olar ki, iki il əvvəl, Korona virusunun yayılması zamanı virtual olaraq keçirilib.

Bu yarışların yeni mərhələsi 114 iştirakçının iştirakı ilə Həzrət Fatimeyi-Zəhra (s) zalında Seyyidə Əminə eyvanında əyani olaraq keçirilib.

4072771

captcha