IQNA

Çinli yardım işçisi Türkiyədə dağıntılar altında Quran nüsxəsi tapdıqdan sonra İslamı qəbul edib

20:15 - February 15, 2023
Xəbər sayı: 3493707
Türkiyə mediası çinli yardım işçisinin zəlzələnin dağıntıları altında Qurani-Kərim nüsxəsini tapdıqdan sonra İslamı qəbul etdiyini yazıb.

"İQNA", "Ərəb 21"-yə istinadən xəbər verir ki, Türkiyə mətbuatı Türkiyənin cənubunda çinli yardım qrupunun bir üzvünün İslamı qəbul edərək iş yerində Kəlmeyi-şəhadətəyni oxuduğunu yazıb.

Türkiyənin TRT kanalı xəbər verir ki, Türkiyənin cənubundakı Malatya vilayətində axtarış-xilasetmə əməliyyatında iştirak edən çinli yardım işçisi Can Zhang dağıntılar altından Qurani-Kərimin bir nüsxəsini paralanmamış şəkildə çıxardıqdan sonra İslam dinini qəbul edib.

Axtarış əməliyyatı zamanı Con Zhang dağıntılar altından Qurani-Kərimin nüsxəsini taparaq türkiyəli yardım işçisi Sinan Kaçmaza təhvil verib. Kaçmaz İslamı qəbul etdiyini elan edən Zhanga Quran hədiyyə etmək qərarına gəlib.

Bu türk kanalı Kaçmazın çinli yardım işçisinin adının Yusif olmasını təklif etdiyini açıqlayıb.

290 nəfərdən ibarət Çin komandası Türkiyənin cənub əyalətlərində, o cümlədən zəlzələdən ciddi ziyan çəkən Adıyaman, Kahraman Maraş və Malatyada işləyib.

Əsrin fəlakəti adlandırılan 7,7 və 7,6 bal gücündə zəlzələlər ötən həftə Türkiyənin Kahraman Maraş şəhərində baş vermiş və Türkiyənin 10 vilayəti və Suriyanın bəzi bölgələrinə təsir etmişdi. Bunun nəticəsində minlərlə insan həlak olmuşdur.

4122246

captcha