IQNA

İslam dünyasının məşhur alimləri / 34

Qurani-Kərimin ən qədim əlyazma nüsxələrinin xüsusiyyətləri

11:02 - November 22, 2023
Xəbər sayı: 3495021
TEHRAN (İQNA) – Məşhur fransız tədqiqatçısı, tarixçi və paleoqraf Fransua Deroş “Əməvilər dövrünün Quranları: Ən qədim kitablara giriş” kitabında Qurani-Kərimin ən qədim əlyazmaları haqqında müqəddimə yazıb, onların xüsusiyyətləri, yazı növləri və tarixini araşdırıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu kitab, əlyazmalar mövzusundan bəhs edən ən mühüm müasir kitablardan biridir. Kitab Qahirədə Nuhuz Araşdırma İnstitutu tərəfindən ərəb dilində çap olunub. Kitabın orijinal ingiliscə adı  “Qur’ans of the Umayyads: A First Overview” dir.

Deroş bu kitabda Qurani-Kərimin qədim əlyazma nüsxələrində edilən dəyişikliklərin tarixini təqdim edir. Əlyazmalarla tanışlıqda yeni üsullara etibar etmədiyini ifadə edən Deroş, Quran xəttatlığının zamanla inkişafını tanımaq üçün yazı, nüsxə və kitabə təhlili və sənət tarixi kimi üsulları birləşdirməyə çalışdığını söyləyir.

Kitabı ərəb dilinə Əl-Əzhər Universitetinin Dil və Tərcümə Fakültəsinin İngilis İslam Elmləri Bölməsinin müəllimi və tədqiqatçısı Hisam Səbri tərcümə edib, hicri birinci əsrində Əməvilər dövrünə aid Quran əlyazmalarını araşdırır. Əvvəllər Qurani-Kərimin ayələri Quran hafizləri vasitəsilə sözlü şəkildə ötürülürdü.

Əlyazmalar və kitabələr üzrə tədqiqatçı və ekspert Fransua Deroş 24 oktyabr 1952-ci ildə Fransanın Metz şəhərində anadan olub. İbtidai, orta və lisey təhsilini başa vurduqdan sonra Misirşünaslıq üzrə ali təhsil almağı bacardı. O, bir il Fransa Milli Kitabxanasında Quran əlyazmaları kataloqunun hazırlanmasına cavabdeh olan elmi işçi kimi çalışıb.

O, həmçinin üç il İstanbulda Fransız Anadolu Araşdırmaları İnstitutunda assistent vəzifəsində çalışıb. Deroş 2015-ci ildən Paris Milli Kitabxanasında Quran tarixi ustadıdır.

captcha