IQNA

Əlcəzairdən BMT Təhlükəsizlik Şurasına Qəzzada humanitar atəşkəs təklifi

12:25 - February 03, 2024
Xəbər sayı: 3495408
İQNA - Əlcəzairin Qəzza zolağında təcili humanitar atəşkəsin şərtləndirilməsi və fələstinlilərin deportasiyasını rədd edən qətnamə layihəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvlərinə təqdim etdiyi bildirilib.

ABŞ diplomatik mənbələrindən alınan məlumata görə, Əlcəzair, BMT Təhlükəsizlik Şurasının üzvlərinə bir çox tələbləri, xüsusilə humanitar atəşkəsin təmin edilməsini ehtiva edən qərar layihəsini paylayıb.

Bildirilib ki, üzvlər qərar layihəsində dəyişiklik edə və ya layihə olduğu kimi səsə qoyula bilər.

Qeyd edilib ki, Əlcəzairin üzvlərə payladığı layihə Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) İsrailə qarşı mühafizə qərarlarına əsaslanıb və fələstinlilərin deportasiyasını rədd edib.

ICJ yanvarın 26-da İsrailin Qəzzada törətdiyi soyqırımının qarşısını almaq üçün müvəqqəti qərar qəbul etdikdən sonra Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ölkəsinin BMT-dəki daimi nümayəndəliyinə məktub yazaraq qərarların icra edilməsinə xatir düsturun yaradılması üçün BMT Təhlükəsizlik Şurasının mümkün qədər tez toplanmasını istəyib.

Əlcəzairin tələbi ilə BMT yanvarın 31-də təcili iclas keçirib.

Mənbə: Xəbər Türk

captcha