"İQNA", "France 24" telekanalına istinadən xəbər verir ki,” Cabalahın Fransanı tərk etməsi Fransanın cənub-şərq şəhərlərindən birinin keçmiş imamı Məhcub Məhcubinin bu ölkədən deportasiya edilməsindən bir həftə sonra baş verib.
Fransa hakimiyyəti Əhməd Caballahı Fransada qeyri-qanuni qalmaqda və ictimai asayişi pozmaqda ittiham edir.
Tunisli İslamaloq martın 2-də şənbə günü Fransanı tərk edib. Caballah Parisdəki Avropa Humanitar Elmlər İnstitutunun prezidenti və Fransada Müsəlman Qardaşları ilə əlaqəli İslam Təşkilatları İttifaqının keçmiş prezidentidir. Yanvarın 30-da ona Fransanı tərk etməsi tələbi ilə hökm verildi.
"Radio Europe One" Caballahın Fransadan Tunisə getdiyini açıqladı. Bundan sonra Fransa hakimiyyəti onun ölkəyə yenidən girişini qadağan edən qərar çıxarmaq qərarına gəlib.
İslam Fransada xristianlıqdan sonra ikinci ən böyük dindir. İslam tədqiqatçılarının və məscid imamlarının müxtəlif ittihamlarla Fransadan deportasiyası mühüm məsələlərdən biridir. Tənqidçilər bunu Fransa hökumətinin siyasətində anti-islamizmin üstünlük təşkil etməsi ilə əlaqələndiriblər.
4203265