Ərəb Parlamenti bəyanat yayıb və islamofobiya və ifrat ideologiyalarla mübarizə üçün bütün səyləri dəstəklədiyini açıqlayıb.
Bəyannamədə Ərəb Parlamenti bütün dinlər arasında sülh və qarşılıqlı hörmət dəyərlərinin gücləndirilməsi, zorakılıq və islamofobiya ilə mübarizə üçün ərəb, regional və beynəlxalq əməkdaşlığı gücləndirmək səyləri vurğulanıb.
BMT Baş Assambleyası martın 15-i “İslamafobiyaya qarşı Beynəlxalq Mübarizə Günü” elan edib. Bu qərar beynəlxalq səviyyədə islamafobiya ilə mübarizədə dönüş nöqtəsidir.
Qərar insan hüquqlarına və müxtəlif din və inanclara hörmətə əsaslanan tolerantlıq və sülh mədəniyyəti ilə qlobal dialoqu təşviq edən beynəlxalq səyləri gücləndirməyə çağırıb.
4206044