IQNA

BMT-nin Baş katibinin Qəzza xalqına dəstək üçün oruc tutması

4:53 - March 26, 2024
Xəbər sayı: 3495689
İQNA – Birləşmiş Millətlər Təşkilatının baş katibi Qəzza xalqı ilə həmrəy olaraq oruc tutacağını açıqlayıb.

"İQNA"-nın "Əl-Qüds Əl-Ərəbi"-yə istinadən verdiyi məlumata görə, BMT-nin baş katibi Antonio Quterreş Qəzza xalqı ilə həmrəy olaraq Misirə səfəri zamanı oruc tutacağını açıqlayıb.

Quterreş X platformasındakı hesabında yazıb: "Ramazan ayında Qəzzə xalqı ilə həmrəyliyi ifadə etmək üçün səfərim zamanı oruc tutmağım indi ölkəsinə getdiyim müsəlman xalqının inanclarına hörmətdən irəli gəlir".

O əlavə etdi: "Amma Qəzzada bir çox fələstinli düzgün yemək yeyə bilmədiyi üçün ürəyim qırılır".

Birləşmiş Millətlər Təşkilatının baş katibi şənbə günü Misir tərəfdən Rəfah keçidinə səfəri zamanı deyib: "Rəfahda yük maşınlarının uzun növbələri gözlədiyi bir vaxtda, sərhədin o biri tərəfində insanlar aclıqdan əziyyət çəkirlər".

O, Qəzzaya yardımın çatdırılmasını asanlaşdırmaq üçün Misirlə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözlədiyini vurğulayıb.

Oktyabrın 7-də İsrailin Qəzzaya qarşı müharibəsinin başlamasından sonra Qəzza zolağına ikinci səfəri zamanı Quterreş Misirin Qəzza zolağına bitişik olan Əl-Əriş şəhərinə daxil olub və bu şəhərin xəstəxanasında yaralı fələstinlilərlə görüşüb.

Mətbuat konfransında Birləşmiş Millətlər Təşkilatının baş katibi Qəzzanın bütün bölgələrinə humanitar yardım göndərilməsi üçün tam və qeyri-məhdud icazə verilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin ağır yüklərin daşınmasında yerüstü marşrutun ən təsirli və səmərəli marşrut olduğunu bildirərək, yardımların gəlməsi üçün dərhal atəşkəs tələb etdiyini vurğulayıb.

Quterreş Qəzza müharibəsinin qlobal nəticələri ilə bağlı xəbərdarlıq edib və deyib: "Qəzza zolağında humanitar fəlakət baş verir və fələstinlilərin ləyaqətinin hər gün tapdalanması beynəlxalq ictimaiyyətin etibarını şübhə altına alır.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Misir və İordaniyaya səfər edəcək, həmçinin UNRWA mərkəzlərinə baş çəkəcək.

4207028

captcha