IQNA

Qəzzada ölənlərin sayı 33 min 634-ə yüksəlib

4:58 - April 14, 2024
Xəbər sayı: 3495783
İQNA - Sionist rejimin 2023-cü il oktyabrın 7-dən hücumuna məruz qalan Qəzzada şəhidlərin sayı artaraq 33 min 634-ə çatıb.

İsrailin 7 oktyabr 2023-cü ildən bəri bombardman etdiyi Qəzzada şəhidlərin sayı 33 min 634-ə yüksəlib.

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 189 gündür hücumları ilə bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 89 fələstinlinin həyatını itirdiyi, 120 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 33 min 634-ə, yaralıların sayının isə 76 min 214-ə yüksəldiyi bildirilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu bir daha vurğulanıb, lakin İsrail qüvvələrinin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətliləri cəsədləri çıxara bilməyib.

captcha