İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün səhər, həftənin çaharşənbə axşamı günü, 20 Mart 2018-ci il, İndoneziyanın paytaxtı Cakartada 10-cu beynəlxalq Qurani-Kərim və Nəbəvi Sünnəsinin (Peyğəmbər sünnə və hədisləri) hifzi yarışları başlayıb.
İndoneziyanın paytaxtı Cakartada keçirilən 10-cu beynəlxalq Qurani-Kərim və Nəbəvi Sünnəsinin (Peyğəmbər sünnə və hədisləri) hifzi yarışlarında Asiya və Sakit okean ölkələrindən 25-nin nümayəndəsi iştirak edir.
Bu yarışlar Qurani-Kərimin hifzinin 4 kateqoriyası (kamil hifz, 20 cüz, 15 cüz, 10 cüz) və hədislərin hifzi üzrə keçirilir. Yarışların sonunda birinci 3 yeri tutan qaliblərə nəfis hədiyyələr veriləcək və bütün imtiyazlarzı qazanmış digər iştirakçılar Həcc səfəri ilə mükafatlandırılacaqlar.