İQNA – Fələstinin baş müftisi Şeyx Məhəmməd Hüseyn vətəndaşları Qurban bayramında şəhid ailələri, məhbuslar, yaralılar və ehtiyacı olanları ziyarət etməyə çağırıb.
İQNA – Misir müftisi bildirib ki, Qurani-Kərimi əzbərləmək təkcə təkrardan ibarət deyil, əksinə, ayələrin mənaları üzərində düşünməklə yanaşı, şüurlu əzbərlənməyi də tələb edir.
İQNA - Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi günvurma riskinin qarşısını almaq üçün zəvvarlardan saat 10:00-dan 16:00 arasında çadırlarını tərk etməmələrini istəyib.
İQNA – İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində yerləşən Tulkərim şəhərində məscidin günbəz və minarəsinə İsrail bayrağı asması sosial mediada hiddətə səbəb olub.
İQNA – Misirin vəqflər naziri, Buheyra Vəqflər İdarəsinin imamı və natiqi Hafiz Ənvər Paşanı Qəzzaya dəstək məqsədilə ona verilən Quran mükafatının bir hissəsini ayırdığı üçün mükafatlandırıb.
İQNA – Məscidül-Həram və Məscidün-Nəbinin Dini İşlər İdarəsi builki Həcc ziyarəti üçün Ərəfə xütbəsinin dünyanın 35 canlı dilinə tərcüməsi layihəsinə start verildiyini açıqlayıb.
İQNA- Səudiyyə Ərəbistanının dini işlər naziri müqəddəs məscidləri ziyarət edərək zəvvarların rahatlığını təmin etmək üçün 8 yeni inkişaf layihəsinin açılışını edib.
İQNA – BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrailin 7 oktyabr 2023-cü ildən soyqırım törətdiyi Qəzza zolağına maneəsiz və fasiləsiz humanitar yardım etməyə çağırıb.
İQNA – Bəndəlik əlamətlərini qeyd etmək pak batinin və təqvalı qəlbin nişanəsidir. Kim qəlbi təqvaya sahib olarsa, Allahın şüarları qarşısında təvazökar və müti olar.