IQNA

Əl-Əzhər xəbərdarlıq etdi: Quranı yuxarı qaldırmaq "xəvaric"lərin təkrar hiyləsidir

23:47 - November 17, 2014
Xəbər sayı: 1474389
Beynəlxalq qrup: Əl-Əzhərin Şeyxi bu barədə xəbərdarlıq edərək Quranın terrorist qruplar tərəfindən yenidən başlar üstə və yuxarı qaldırlımasını "xəvaric"lərin keçmiş hiyləsinin təkrarı adlandırdı və sələfi vəhabilərin bu addımını misirli cavanları cəzb etmək üçün istifadə olunan hoqqa hesab etdi.

İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-yəvm əs-sabe" xəbər saytına istinadən verdiyi xəbərə görə Əhməd Təyyib - Əl-Əzhərin Şeyxi, noyabar ayının 16-da Misirin Vəqflər Naziri Əhməd Muxtar və Əl-Əzhərin rəis müavini Abbas Şuman və müxtəlif universitetlərin məsulları ilə görüşündə xəvariclərin yenidən Quran başa qaldırmaq hiyləsi barədə xəbərdarlıq edərək Quranın terrorist qruplar tərəfindən yenidən başlar üstə və yuxarı qaldırlımasını "xəvaric"lərin keçmiş hiyləsinin təkrarı adlandırdı və sələfi vəhabilərin bu addımını misirli cavanları cəzb etmək üçün istifadə olunan hoqqa hesab etdi.
O vurğuladı: "Misr hal-hazırda çətin və həssas bir mərhələni keçmək dönəmindədir. Buna görə də cameənin bütün fərdləri öz öhdəsinə düşən məsuliyyəti layiqincə yerinə yetirməlidir. Əl-Əzhər də tarix boyu olduğu kimi öz növbəsində böyük məsuliyyət daşıyır ki, bu ölkəni yaxşı bir sabaha çıxartsın".
Əl-Əzhərin Şeyxi dedi: "İndiki radikal (sələfi, vəhabi) qruplaşmalar qədim "xəvaric"in hiyləsini təkrarlamaq istəyirlər. Möminlərin Ağası Əli bin Əbu Talib (ə) "xəvaric" barədə buyurdu: "Onlar din və Qurana inanmayıblar". Buna görə də indiki radikalların da hədəfi ölkəni bir-birinə qatmaqdır. Amma Misirin oyaq xalqı bu hiyləyə aldanmayacaq".
Qeyd edək ki, neçə gün öncə misirli radikal vəhabilər cavanları noyabr ayının 28-də başları üzərinə Quran qaldıraraq indiki rəhbərlik əleyhinə mitinqə dəvət ediblər. Onların zindanda olan vəhabilərin azadlığa buraxılmasını istəyirlər.    
1474041

Teqlər: misr ، vəhabi ، sələfi ، xəvaric ، əhməd ، təyyib ، əl ، əzhər
captcha