IQNA

Vəhhabi təriqətinə mənsub keçmiş polis işçisi həbs edildi

22:35 - December 07, 2014
Xəbər sayı: 2616194
Xarici şöbə: Azərbaycanda Vəhhabi təriqətinə mənsub keçmiş polis işçisi həbs edildi. Məlumata görə saxlanılan şəxs Bakı şərhər, Yasamal rayonunun pasport-qeydiyyat şöbəsinin rəisi olub.

 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Azərbaycan KİV-lərinə istinadən verdiyi xəbərə görə Xaçmaz rayonunda radikal dinin qruplaşma üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirilib.

Əməliyyat Xaçmaz rayon polis şöbəsi əməkdaşları tərəfindən təşkil olunub.

Əməliyyat zamanı Nizami Seyidov adlı şəxsin saxlanıldığı bildirilib. Onun keçmiş polis işçisi olduğu vurğulanıb. Bildirilib ki, Nizami Seyidov Bakının Yasamal rayonunda pasport-qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb.
Onun Xudat şəhərində vəhabi təriqətinin üzvlərindən olduğu bildirilir. Əməliyyatın keçirilməsini Xaçmaz rayon polis şöbəsinin rəisi Ədalət Abbasov ANS PRESS-in bölgə müxbirinə təsdiqləyib. Lakin keçirilən əməliyyat barədə ətraflı məlumat verilməyib.
Faktla balı araşdırmalar aparılır. (islamazeri)
Teqlər: İslamazeri ، ans ، polis ، vəhabi ، sələfi ، xaçmaz
captcha