IQNA

İordaniyada sələfiliyin banisi hesab olunan İbn Teymiyyənin kitabları yandırılıb

11:56 - February 09, 2015
Xəbər sayı: 2828059
Xarici şöbə: "İŞİD" İordaniyalı pilot Muaz əl-Kəssasibənin edamını İbn Teymiyyənin fətvalarına əsaslandırdığı üçün etirazçılar onun kitablarını yandırıblar.


İQNA-nın "interaz"a istinadən verdiyi xəbərə görə İordaniyada qəzəbli kütlə sələfi təriqətinin ideoloji təməlini qoymuş hesab olunan İbn Teymiyyənin kitablarını yandırıblar. 



Müsəlman cəmiyyətlərinin uzun illər Yaxın Şərqdə terror dalğası əsdirən ekstremist fikirlərə və bu fikirlərin təbliğçilərinə qarşı çıxmaları olduqca təbii qarşılanır. 



Təkfirçi mövqeyilə seçilən İbn Teymiyyəyə qarşı İordaniya əhalisində formalaşan bu ictimai nifrəti son hadisələr fonunda gözlənilən hesab etmək olar. Belə ki, "İŞİD"in girovluğunda olan iordaniyalı pilot Muaz əl-Kəssasibənin terrorçu qruplaşma tərəfindən diri-diri yandırılaraq edam edilməsi bütün dünya ictimaiyyətinin, o cümlədən, İordaniya xalqının kəskin etirazı ilə qarşılaşıb. 



Qeyd etməliyik ki, terrorçu dəstə pilotun yandırılmasını məhz, İbn Teymiyyənin radikal fətvalarına əsasən həyata keçirdiklərini bildirmişdilər.



Bildirək ki, 1263-1328-ci illərdə yaşamış Təqiuddun Əhməd ibn Teymiyyə hələ öz dövründə təəssübkeş və ekstremist fikirlərə sahib olduğu üçün dövrün müsəlman alimləri tərəfindən rədd edilmiş və həbsxanaya salınmışdır. Ömrünün sonuna qədər radikal fikirlərindən əl çəkmədiyinə görə ömrünü zindanda başa vurmuşdur. 

Teqlər: ibn ، teymiyyə ، sələfi ، vəhabi ، İordaniya
captcha