IQNA

Ayətullah Cəfər Sübhani:

Təkfirçilər cavanların fikri və intellektual əsaslarını oğurlamaq istəyirlər

19:38 - May 27, 2015
Xəbər sayı: 3308617
Dini Hövzə Şöbəsi: Ayətullah Üzma Sübhani təkfirçilərin fəaliyyətlərinə işarə edərək dedi: Biz bu gün təkfirçilərin fikri təhdidləri ilə üz-üzəyik. Təkfirçilər cavanların fikri əsaslarını oğrulamaq istəyirlər. Biz təkfirçilərin fikri prinsiplərini cavanlara açıqlamalıyıq ki, biz cavanlarımız onların batil fikirləri ilə tanış olsunlar və onların zəhərli təbliğatlarının qurbanına çevirilməsinlər.


İQNA-nın müqəddəs Qum şöbəsinin verdiyi xəbərə görə Şiələrin təqlid mərcələrindən olan Ayətullah Üzma Şeyx Cəfər Sübhani Təbrizi bu gün, 27 may, hövzənin ali dini dərslərinin mətndən kənar mühazirəsi zamanı, Qumun "Əəzəm məscidi"ndə "Üsul elmi" dərsinin əvvəlində təkfirçilərin fəaliyyətlərinə işarə edərək dedi: Təlim (öyrətmək) "təəllüm"dən (öyrənmək) əvvəl olmalıdır. Yəni cahillər və savadsızlar öyrənmək üçün bizim sorağımıza gəlməmişdən biz onların sorağına getməli və bilmədiklərini öyrətməliyik. Allah-Taala da cahillərə öyrənin əmr etməmişdən öncə, alimlərə öyrədin əmr etmişdir. Alimin məsuliyyəti cahilin məsuliyyətindən daha çoxdur. Müxtəlif insanlar dini təlimlərin öyrənilməsi və öyrədilməsində daha ciddi çalışmalıdırlar, bu məsələ çox əhəmiyyətli bir məsələdir.



Ayətullah Sübhani əlavə etdi: Biz bu gün təkfirçilərin fikri təhdidləri ilə üz-üzəyik. Təkfirçilər cavanların fikri və intellektual əsaslarını oğurlamaq istəyirlər. Biz təkfirçilərin fikri və əqli prinsiplərini cavanlara açıqlamalıyıq ki, biz cavanlarımız onların batil fikirləri ilə tanış olsunlar və onların zəhərli təbliğatlarının qurbanına çevirilməsinlər.



O vurğuladı: Təkfirçilər zahiri gözəl sözlərlə çalışırlar ki, bizim cavanlarımızı özlərinə sarı əysinlər. Biz onlara bu icazəni verməməli və təkfirə qarşı olan xalis İslam təlimlərini cavanlarımıza öyrətməliyik.



461386 

Teqlər: sübhani ، təkfirçi ، alim ، elm ، vəhabi
captcha