IQNA

Qazaxısanda sələfilik tamamilə qadağan edilə bilər

13:24 - September 05, 2016
Xəbər sayı: 3480765
Tehran, 05.09.2016 - Sələfiliyin qadağan edilməsilə bağlı Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Vladimir Jumkanov çıxış edib.

Qazaxısanda sələfilik tamamilə qadağan edilə bilər


İQNA-nın verdiyi xəbərə görə, Vladimir Jumkanov yaxın vaxtlarda ekstremizmə qarşı qanunun sərtləşdirlməsinə dair qanuna baxılacağını bildirib. Qazaxıstanın dini işlər üzrə komitəsinin sədri Qalım Şokin bildirib ki, hazırda Qazaxıstanda qeyri ənənəvi cərəyan olan sələfiliyin 15 min ardıcılı var.

Qeyd edək ki, son aylar Qazaxıstanda radikal sələfi-vəhabi təriqətinin ardıcılları tərəfindən törədilən terror aktlarının sayı artıb. Onlarla sələfi Qazaxıstan hüquq mühafizə orqanları tərəfindən terror aktları hazırlamaq ittihami ilə həbs edilib.

Mənbə: eastnews

Teqlər: qazaxıstan ، sələfilik ، qadağan ، iqna ، İkna ، quran
captcha