IQNA

İŞİD Mosulda 300-ə yaxın dinc sakini edam edib

11:30 - October 23, 2016
Xəbər sayı: 3480915
Tehran, 23.10.2016 – İŞİD terror təşkilatı Mosul yaxınlığında və şəhərin daxilində 284 nəfər kişi və azyaşlını edam edib.

İŞİD Mosulda 300-ə yaxın dinc sakini edam edib

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamınsesi.org-a istinadla xəbər verir ki, CNN telekanalının mənbəsinin sözlərinə görə, İŞİD bu insanlarda hazırda Mosulun cənubunda İraq ordusu və mütəfiqləri tərəfindən məruz qaldığı hücumlara qarşı canlı qalxan kimi istifadə edirdilər. Edam terrorçular tərəfindən cümə axşamı və cümə günləri həyata keçirilib.

Edam edilmiş insanların cəsədləri buldozerlərlə qazılmış kütləvi mərazlıqda basdırılıb.Hadisə Mosul şəhərinin şimalında hazırda dağıdılmış Kənd Təsərrüfatı Kollecinin ərazisində həyata keçirilib - deyə kəşfiyyat mənbəsi bildirib.

Mənbə insanların hamısının güllələndiyini və bəzilərinin uşaqlar olduğunu qeyd edərək, media qarşısında çıxış etmək hüququ olmadığından adını çəkilməsini istəməyib. CNN iddianı müstəqil şəkildə təsdiqləyə bilməyib.

Teqlər: mosul ، İŞİd ، İraq ، edam ، iqna ، İkna ، quran
captcha