IQNA

Edam edilmiş 4 ərəbistanlı gəncin ailələri: Cənazələri təhvil verin

16:24 - July 13, 2017
Xəbər sayı: 3481868
Ali-Səud rejimi tərəfindən edam edilən 4 ərəbistanlı siyasi məhbsun ailələri bir bəyanat yayaraq, övladlarının cənazələrinin təhvil verilməsini istəyiblər.


Edam edilmiş 4 ərəbistanlı gəncin ailələri: Cənazələri təhvil verin

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Ərəbistanın Daxili İşlər Nazirliyi çərşənbə axşamı bir bəyanat yayaraq, ölkənin şərqində yerləşən Qətif şəhərində "terror əməliyyatı" adlandırdığı hadisədə ittiham edilən 4 gəncin edam olunduğunu bildirib.

Edam edilmiş 4 ərəbistanlı gəncin ailələri övladlarına qarşı irəli sürülən ittihamları rədd edərək, onların cənazələrinin təhvil verilməsini və övladlarının dini qaydada dəfn edilməsinə şəraitin yaradılmasını istəyiblər.

Ali-Səud rejimi siyasi məhbusları və hakim rejim ilə müxalif olanları terrorçu elan edərək, edam ilə cəzalandırır.

Teqlər: quran ، İslam ، ərəbistan ، məscid ، edam
captcha